Konsaltinq xidməti

Konsaltinq xidməti – öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. “ABABİL” MMC konsalting sahəsində bir çox yerli və xarici şirkətlərlə böyük layihələr həyata keçirir. Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssiələrin fəaliyyətinin təməl prinsiplərindən biri işçilərlə olan münasibətlərin düzgün tənzimlənməsidir. Bu da öz növbəsində insan resurslarının (qaynaqlarının) effektiv idarə edilməsini aktual olaraq ön plana çıxarır. Şirkətimizin peşəkar komandası bilik və təcrübələrinə əsaslanaraq yerli və xarici şirkətlərə digər xidmətlərlə parallel olaraq insan resurslarının idarə edilməsinin təşkili üzrə də xidmətlər göstərir. Əsas məqsədimiz idarəetmənin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə müəssisələrin fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir.

Şirkətimizin konsaltinq xidmətlərinin təsnifatı
Layihələrin idarə olunması üzrə konsaltinq
Marketinq və satış xidmətləri üzrə konsaltinq
Tikinti konsaltinq xidmətləri (Quraşdırılma işlərinə nəzarət)
Monitoring xidmətləri
Nümayəndəlik xidmətləri

Layihə fəaliyyətinin planlaşdırılması və müşayiət olunması (layihənin hazırlanması, reallaşdırılması, monitorinqi və onun nəticələrinin qiymətləndirilməsi) üzrə xidmətlər kompleksidir. Layihə konsaltinqi developmentin müxtəlif mərhələlərində ayrı-ayrı developer layihələri üçün göstərilir.
• Sahənin yerləşdiyi ərazinin potensialının təhlili və onun ehtiyatlarının keyfiyyəti
• Müxtəlif avadanlıqların quraşdırılması (supervising)
• İstehsal xətlərinin qurulması və işə salınması (açar təhvil)

• Tikinti-quraşdırma işlərinə görə xərclərin hesablanması və əlaqələndirilməsi;
• Materialların və tikinti avadanlığının alınması üçün qiymətlərin monitorinqi və hesablanması;
• Müqavilə müqavilələri üzrə qiymət təkliflərinin hazırlanması;
• Smeta-layihə sənədlərinin, yığılma aktlarının, materialların silinməsi aktlarının, işlərin qəbulu və təhvil-təslim aktlarının qeydiyyatı

• Sənaye sahələrində və müxtılif müəssisələrdə monitoring xidmətləri (ekoloji,radioloji,toksikoloji,əməyin təhlükəsizliyinin təmin edilməsi üzrə)

• Müxtəlif ölkələrdə filialların,satış ofislərinin açılması və idarəçiliyə müvafiq bazar araşdırması
• Potensial satış həcmlərininin müəyyən edilməsi
• İqtisadi səmərəliyin ölçülməsi
• Fəaliyyət planının (vəzifələr və hədəflərin) təyin olunması
• Büdcənin hazır olunması
• Nümayəndəlik fəaıiyyətlərinə start verilməsi
• Aylıq/illik forecastların hazırlanması
• Satış planının təqdiqi və icrası
• Nəticələr haqqında hesabat verilməsi (aylıq,illik)