ABABİL Haqqında

“ABABİL” MMC şirkəti 1 sentyabr 2020-ci il tarixində təsis edilmişdir. Əsas aktiv sahəsi olan tikinti və enerji layihələri ilə yanaşı işğaldan azad olmuş Qarabağ torpaqlarında icrada olan müasir tikinti layihələrində də öz rolunu tapmaq üçün keyfiyyətli və etibarlı tərəf müqavili (inşaat materialları və enerji təminatçısı) kimi bazara daxil olmuşdur. 
Hədəfimiz Azərbaycanda, xüsusilə də Qarabağda baş tutan layihələrdə, eyni zamanda dünyada həm tikinti materialı təminatçısı kimi, həm də enerji layihələrinin icraçısı kimi rol almaqdır.
“ABABİL” MMC-nin tikinti materialları sahəsində təmin etdiyi məhsullar aşağıdakılardır: 
•    Armatur
•    Sement
•    Beton
•    Izgara döşəmə
•    Polimer boru
•    Polad boru
•    Qaynaqlı və qaynaqsız boru
•    Landşaft ağaclar
•    Layihələrin mebelləşdirilməsi (otellər,mağazalarda)
•    Mebel istehsalçıları üçün xammal

Eyni zamanda şirkətimiz işçilər üçün son dərəcə keyfiyyətli, yanmayan, zədədən korlanmayan geyimlərin təmin edilməsi ilə məşğul olur.

Bizim Missiyamız

“ABABİL” MMC şirkəti enerji layihələrində ənənəvi və yenilənəbilən enerji mənbələrinin qurulmasında aktiv rol oynamaqdadır və bu sahədə özünə yeni əməkdaşlar axtarmaqdadır. Buraya aiddir:
•    Enerji effektivliyinin yüksəldilməsi üzrə tədbirlər - texnologiya və avadanlıqların müəyyən inkişaf mərhələsində enerjinin istifadəsinin digər üsullar ilə müqayisədə daha səmərəli olması və enerji istehlakının azaldılması ilə nəticələnən tədbirlər və/və ya layihələr;
•    Enerji resurslarından səmərəli istifadə (enerji səmərəliliyi) - enerjiyə qənaət və enerji effektivliyinin artırılması məqsədilə, texnika və texnologiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnogen təsirin azalması şərti ilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsi;
•    Enerji auditi – bir və ya bir qrup binanın, sənaye və ya kommersiya obyektinin və ya qurğusunun, özəl və ya ictimai xidmətin enerji istehlakı profili haqqında kifayət qədər biliyin əldə edilməsini nəzərdə tutan və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi və ölçülməsi, habelə nəticə və tövsiyələr haqqında hesabatların verilməsi ilə nəticələnən prosedur;